c7c553e6-8581-4368-9ac0-12d3899cb98a..jpg

“Bir olaq, həmrəy olaq!” adlı bayram tədbiri keçirilib – FOTO

Baxış sayı: 848 dəfə baxılıb.

“Bir olaq, həmrəy olaq!” adlı bayram tədbiri keçirilib – FOTO

Diasporla İş üzrə Dövlət Komitəsi 31 dekabr – Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı bayram
videokonfransı təşkil edib.

Komitə sədri Fuad Muradov 63 ölkədən 500-ə yaxın soydaşımızın qatıldığı
videokonfransı açıq elan etdikdən sonra torpaqlarımızın azadlığı və bütövlüyü
uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Komitə sədri xaricdə yaşayan soydaşlarımızı bayram münasibətilə təbrik edib,
Prezidentİlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V (Zəfər)
Qurultayındakı tövsiyələri əsasında diaspor quruculuğu sahəsində başlanan yeni
və mühüm mərhələdən danışıb. Xaricdəki icmalarımızın qarşısında dayanan hədəf
və vəzifələrə diqqət cəlb edilib, qalib Vətənimizin adının yüksək səviyyədə
təmsil olunması naminə fədakar xidmətlər göstərən diasporumuza minnətdarlıq
ifadə olunub.

Azərbaycan diasporunun 2022-ci ildəki fəaliyyətini əks etdirən videohesabat
təqdim olunub.

Soydaşlarımız Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib,
dünya azərbaycanlılarına daim həssas münasibət və qayğı göstərən dövlət
başçısına minnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın və onun ali
siyasi rəhbərliyinin yanında olduqlarını bəyan ediblər.

Görüşdə diasporumuzun koordinasiyalı fəaliyyət imkanlarının genişləndiyi
barədə danışılıb, 2023-cü ildəki hədəflər dilə gətirilib. Konfrans
iştirakçıları qeyd ediblər ki, bu qədər soydaşımızın iştirakı ilə görüşlərin
təşkil olunmasının ənənəyə çevrilməsi onların əlaqələrinin inkişafı baxımından
xüsusi əhəmiyyət daşıyır və daha sıx birləşmələrinə ciddi təkan verir.

Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan
diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, ölkəmizin beynəlxalq aləmdə
ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı səmərəli işinə görə bir
qrup diaspor üzvü “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

Soydaşlarımızın hazırladıqları müxtəlif musiqi nömrələrinin, “Həmrəylik”
videoçarxının təqdim olunduğu konfrans “Diaspor Marşı”nın sədaları altında
yekunlaşıb.

Source link