005fc307-13a8-42b7-9be0-ff5dbe627858..jpg

Bir qazi müalicə üçün Türkiyəyə göndərilib, digəri Vətənə qayıdıb – FOTO

Baxış sayı: 1. 081 dəfə baxılıb.

Bir qazi müalicə üçün Türkiyəyə göndərilib, digəri Vətənə qayıdıb – FOTO

Ağır yaralanan qazimiz Namazov Həbib Aydın oğlu Türkiyədəki müalicəsini
tamamlayaraq Vətənə qayıdıb.

Bu barədə YAŞAT Fondu məlumat yayıb.

Bildirilib ki, təqdim olunan həkim rəyinə əsasən, onun müalicəsi ölkəmizdəki
ixtisaslaşmış tibb müəsissəsində davam etdiriləcək.

Ağır yaralılardan olan Ağayev Elsevər Sərvan oğlu isə müalicə məqsədilə
Türkiyəyə göndərilib.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə
saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin
müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 178 qazi müalicə üçün Türkiyəyə göndərilib.
Onlardan 157-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə
qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman
vasitələri də Fond tərəfindən təmin edilib.

Source link