Bir reketin hekayəsi və ya bizim günlərin “Jozef atası”

Bir reketin hekayəsi və ya bizim günlərin “Jozef atası”

Baxış sayı: 2. 337 dəfə baxılıb.

Azərbaycan demokratlarının lideri Sərdar Cəlaloğlunu sosial şəbəkədə Azərbaycan reket jurnalistikasının “xaç atası” kimi adlandırırlar. 

ÇıxışYolu.Com Media.Az-a istinadən xəbər verir ki, kütləvi informasiya vasitələri eyni anda Azərbaycanda fəaliyyət göstərən bir neçə media-strukturunun “gövdəsi”ni müəyyən ediblər.

Qısa araşdırmadan sonra bu “ağac”ın arxasında Sərdarın dayandığı məlum olub.

Bəli, bəli, siz səhv eşitmədiz, həmin Sərdar Cəlaloğlu ki, xeyirxah, sadəlövh və guya heç bir var-dövlətə sahib olmayan siyasətçi imicini yaradıb. 

Bizim günlərimizin “Jozef atası”

Çirkin işlərini görən və hersoq Reşelyenin arxasında gizlənən Jozef atanın ibrətamiz taleyi çoxlarına məlumdur. Məhz Jozefə ilk dəfə “Boz Kardinal” ləqəbi verilib. 

Bizim “Boz Kardinal”ımız isə artıq Azərbaycan media-strukturlarının onun qohumlarına aid olduğunu etiraf etməkdən qorxur:

Bir vaxtlar Sərdar Cəlaloğlu deyirdi: 

“Mənim Hurriyyet.org saytı ilə heç bir əlaqəm yoxdur”. 

Ancaq dünən öz yalanlarına uyan və jurnalistlərın qarşısına qoyduğu faktlardan sonra o, bir çoxu yaxın qohumlarının adına olan onlarla şirkətindən birini etiraf etməli olub. Özünüz qiymət verin: 

“Hurriyyet.org – müstəqil saytdır və mənim qardaşım oğluna məxsusdur”. 

Cərdar Cəlaloğlunun nəzarəti altında olan media-strukturların siyahısı bunlardır: 

hurriyyet.org
turaninfo.org
muxalifet.az

Bunlar ancaq üzə çıxan informasiya saytlarıdır. Yalnız Sərdar Cəlaloğlu bilir ki, onun istədiklərini yerinə yetirən, xahiş etdiyi insanları “vuran” neçə analoji media-ruporları var…

30 il yarıtmaz siyasi fəaliyyəti əsasında özünə məşhurluq qazanmaq üçün saxta saytların köməyindən istifadə etməyə çalışır. Ancaq görünür ki, bizim personajımızın qeyri-adekvat piar-yanaşması var. Öz platformanı Azərbaycan xalqının təhqiri, yalan və reketlik üzərində necə qura bilərsən?

Beləliklə, Sərdar bəyin rəhbərliyi altında olan saytlara qayıdaq. 

İş burasındadır ki, bu saytlar müəyyən şəxslərin əleyhinə uzun müddətdir reketçiliklə məşğul olurlar. Onlar vəzifəli şəxslərə qarşı müxtəlif cür yalan, qurulmuş süjetlər hazırlayaraq, onlardan müəyyən miqdarda pul tələb ediblər. 

Bununla bağlı yerli KİV-lər müxtəlif sübutlar yayımlayıb. 

Yerli saytlarda yayımlanan məlumatlara görə, Sərdarın ruporları “dialoq”a çağırılana qədər bir materialı bir neçə dəfə yayımlayırdılar. 

Əsəbləri güclü olanlar bu materiallara sakit yanaşırdılar, qalan şəxslər isə müəyyən məbləğ ödəməklə bu yazılardan canlarını qurtarırdılar. Pullar isə bizim qəhrəmanımız “Boz Kadrinal”ın cibinə gedirdi. Yayılan məlumatlarda Cəlaloğlunun var-dövlətinin əksəriyyətinin onun həyat yoldaşı və yaxın qohumlarının adına qeydə alındığı bildirilib.

Dövlət strukturları tərəfindən reket-saytlar dəfələrlə xəbərdarlıqlar alırlar. Lakin hər şey əbəsdir. Sərdarın saytları yalan xəbərlərin istehsalçısı kimi fəaliyyətini davam etdirir. 

Qeyd edək ki, bir müddət öncə reket-jurnalistika ilə mübarizəyə Azərbaycan Mətbuat Şurası ilə yanaşı, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi kimi güc strukturları cəlb edilib. 

Əgər “Boz Kardinal” simasında Sərdar Cəlaloğlu istənilən şəxsi və istənilən şeyi ələ sala biləcəyini düşünürsə, onun analoji addımlar atan, öz gücünə və oğurladığı pullara güvənən şəxslərin taleyini yada salması yaxşı olar. 

Sərdar bəy, dayanın! Hələ ki “yüngül qorxu” ilə, yəni şərti cəza ilə qurtulmaq olar… Bu təkrar olunduqda siz qəzəbli boz qurdla – Akif Çovdarovla Şüvəlandakı qaranlıq zindanı bölüşməli olacaqsız. 

www.ÇıxışYolu.Com