Bir şəhər və iki rayonu birləşdirən yol yararsız hala düşüb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bir şəhər və iki rayonu birləşdirən yol yararsız hala düşüb.
Xezerxeber.az-ın məlumatına görə, Mingəçevir, Yevlax və Goranboy rayonlarının
ərazisindən keçməklə Bakı-Qazax avtomagistralına birləşən yolun Yevlax,
Goranboy hissəsində çökmələr yaranıb, asfalt qat sıradan çıxıb.
Sözügedən yol həm kənd təsərrüfatı üçün əhəmiyyətli, həm də Mingəçevir
şəhərinə daha yaxındır.
Sakinlər bildirirlər ki, yolun yararsız hala düşməsi əlavə vaxt itkisinə,
avtomobillərin tez-tez sıradan çıxmasına səbəb olur.
Hazırda bir hissəsi yararsız vəziyyətə düşən yol Mingəçevir şəhərinin
Tərəvəzçilik massivindən başlayaraq, Yevlax rayonu ərazisindən keçməklə
Goranboy rayonu ərazisində Bakı-Qazax avtomagistralına birləşir.
Sakinlər bildirirlər ki, yolun belə vəziyyətə düşməsinə əsas səbəb Goran
çayının daşmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, həmin yol
onların balansında deyil.
Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə qeyd edildi ki, yolun şəhər
ərazisinə düşən hissəsində hər hansı çökmə və ya digər çətinlik olarsa, dərhal
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aradan qaldırılır.
Yolun sıradan çıxmış hissəsinin keçdiyi daha iki rayon – Goranboy və Yevlax
Rayon İcra hakimiyyətlərindən isə bildirildi ki, həmin yol rayonda fəaliyyət
göstərən heç bir qurumun balansında deyil.
Daha ətraflı süjetdə: