Bir velosipedlə narkotikdən qurtulan aktyoru məzara nə apardı? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Robin Uilyams 1951-ci ildə dünyaya gəlib.
Robinin atası “Ford” şirkətinin uğurlu icraçısı Robert Uilyams, anası keçmiş
model Laurie McLaurin Smith idi.
Uilyams ailəsi çox zəngin idi. Robin 11 yaşında olanda ailə Çikaqodan Detroit
ətrafına köçür və burada 40 otaqlı evdə məskunlaşırlar.
Var-dövlət və məşhur nəsil ona xoşbəxtlik gətirmir. Oğlan tənha idi və
valideynlərindən daha çox qulluqçularla ünsiyyət qururdu. Bahalı oyuncaqlar və
dəbdəbə artıq çəkidən əziyyət çəkən və buna görə də çox utancaq olan Robinə
xoşbəxtlik gətirmirdi.
Aktyor xatirələrində ilk illər yeganə yoldaşının və dostunun yalnız təxəyyülü
olduğunu etiraf edib. Anasından miras qalan yumor hissi Robin Uilyamsa
utancaqlığı aradan qaldırmağa və dostlar tapmağa kömək etdi.
Robin böyüdükcə sinifdə ən populyar oğlan olmağı bacardı. O, həm də dram
dərnəyində mükəmməl aktyorluq qabiliyyətini göstərdi.
Məktəbi bitirdikdən sonra Robin Uilyams aktyorluq təhsilini davam etdirmək
qərarına gəlir. 1973-cü ildə məşhur Nyu-York Juilliard Məktəbinin tələbəsi olur
və burada teatr sənəti üzrə təhsil alır. Amma 3 ildən sonra müəllimi Con
Hausmenin məsləhəti ilə ordan ayrılır və o, Robinə Los-Ancelesə getməyi
məsləhət görür.
Robin Uilyamsın yaradıcılığı Los-Ancelesə köçdükdən sonra başladı, burada o,
ilk dəfə komediya aktyoru kimi müxtəlif klubların səhnələrində göründü.
Bir gün məşhur prodüser Corc Şletter Robini görür və onu məşhur televiziya
şousu “Lough-In”ə dəvət edir. Lakin bir müddət sonra layihə tamaşaçılarını
itirir və bağlanır. Gənc sənətçi klublardakı əvvəlki çıxışlarına qayıtmalı olur.
“Komediya Eynşteyni” adlandırılan Robin Uilyams Amerikanın məşhur klublarına,
daha sonra isə Böyük Britaniyaya dəvət olunur. Burada sənətçi tez bir zamanda
çox məşhurlaşır, tezliklə “The Richard Pryor Show”a dəvət edilir. Demək olar
ki, bütün komediya ustaları bu verilişin aktyor heyətinə qoşulmağı xəyal
edirdilər. Robin Uilyams filmdə debütünü 1978-ci ildə edir.
Rejissor Harri Marşall Robini bir dəfə klubların birində görür və onu “Xoşbəxt
günlər” serialında yadplanetli roluna dəvət edir. Mork kimi uğurlu obrazı
prodüserlərə “Mork və Mindi” komediya şousunu yaratmaq ideyasını verir. Serial
1978-ci ildə ABC kanalında çıxır və 4 il yayımlanır. O vaxtdan bəri Mork ABŞ-də
ən çox tanınan personaj olur.
Robin Uilyamsın fotoşəkilləri böyük qəzet və jurnalların üz qabığında dərc
olunur. Sənətçi müxtəlif verilişlərin daimi qonağı olur.
“Popey” filmindəki baş rol aktyora daha da böyük şöhrət gətirir. Bir neçə
cizgifilmini səsləndirən Robin daha çox “Ələddin” cizgifilmindəki “Cin”
obrazını səsləndirməsi ilə yadda qaldı.