32a871ef-2d60-4091-b13d-7aa6300cac9c..jpg

Bir yaşlı övladını zəhərləyib öldürməkdə təqsirləndirilən qadının ittihamı ağırlaşdırıldı

Baxış sayı: 812 dəfə baxılıb.

Bir yaşlı övladını zəhərləyib öldürməkdə təqsirləndirilən qadının ittihamı
ağırlaşdırıldı

1 yaşlı övladının yeməyinə zəhər qataraq öldürməkdə ittiham olunan Nərgiz
Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, istintaq dövründə təqsirləndirilən şəxsin əməli Cinayət
Məcəlləsinin daha ağır – 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsinə
tövsif olunub. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük
azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

İş hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən il Bakının Suraxanı rayonunda qeydə alınıb.

Rəsmi məlumata görə, sentyabrın 9-da Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü
uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz
Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nərgiz Bağıyeva şübhəli
şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Source link