bece94ed-43e8-48cd-82a7-5c51557dde3c..jpg

Birgə təlimlərin keçirilməsi: Azərbaycan və Pakistan hərbçiləri müzakirələr aparıblar – FOTO

Baxış sayı: 464 dəfə baxılıb.

Birgə təlimlərin keçirilməsi: Azərbaycan və Pakistan hərbçiləri müzakirələr
aparıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Pakistan hərbçiləri birgə təlimlərin keçirilməsi barədə
müzakirələr aparıblar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində
Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında “10-cu
Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf
perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə
təlimlərin keçirilməsi və maraq doğuran digər mövzulara dair ətraflı fikir
mübadiləsi aparılıb.

Görüşün yekun protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim
edilib, xatirə fotosu çəkdirilib.

Source link