fbab6546-44c1-4d16-969c-3dbaf21fb2b1..jpg

Birgə taktiki təlimlər: Azərbaycan və Türkiyənin döyüş təyyarələri havaya qalxıb – VİDEO

Baxış sayı: 549 dəfə baxılıb.

Birgə taktiki təlimlər: Azərbaycan və Türkiyənin döyüş təyyarələri havaya
qalxıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə
həsr olunmuş “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlıq
prosesi davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və
orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü
hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də, hava kəşfiyyatının
aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib.

Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar
tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.


Source link