fa28e17d-18d7-4298-8871-6f0cf0e5181f..jpg

Birinə sürücülük vəsiqəsi, digərinə isə mobil telefon söz verdi – Kuryoz DƏLƏDUZLUQ + VİDEO

Baxış sayı: 765 dəfə baxılıb.

Birinə sürücülük vəsiqəsi, digərinə isə mobil telefon söz verdi – Kuryoz
DƏLƏDUZLUQ + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlilliyi olan şəxs, digər əlil şəxsləri aldadıb.

Xezerxeber.az-ın məlumatına görə, Astara rayon Kakalos kənd sakini 19 yaşlı
Məhəmməd Məmmədov müxtəlif vədlərlə öz yaşıdlarının adına onlayn qaydada
müxtəlif məbləğlərdə kredit əldə edib.

Zərərçəkən şəxslər bildiriblər ki, onların övladları Məhəmmədlə reabilitasiya
mərkəzində tanış olublar. Onların sözlərinə görə, övladları adlarına kredit
götürülməsindən xəbərsiz olublar.

Təxminən 10-dan çox şəxsin aldılaraq adına kredit götürüldüyü bildirilir.

Zərərçəkənlərin ailə üzvləri yaşadıqları ərazi üzrə polis bölməsinə şikayət
etdiklərini bildirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ
araşdırılır və zəruri tədbirlər görüləcək.

Ətraflı süjetdə:


Source link