c494df90-24ab-4b1e-8b12-d912ea5b646e..jpg

Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər – RƏQƏMLƏR

Baxış sayı: 750 dəfə baxılıb.

Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər –
RƏQƏMLƏR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 2023-cü ildə birinci instansiya məhkəmələrində inzibati xətalara
dair 110,7 min işə baxılıb. Bu da 2022-ci ilin göstəricisindən 18,1 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Məlumat Ədliyyə Nazirliyinin statistikasına əsasən hazırlanıb.

Qeyd olunub ki, baxılan işlərin 70,5 faizi idarəçilik qaydaları, 4,5 faizi
ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, 4,3 faizi
yol hərəkəti qaydaları, 2,8 faizi hərbi xidmət əleyhinə, 2,7 faizi faizi
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar,
2,1 faizi mülkiyyət əleyhinə, 1,9 faizi sağlamlıq əleyhinə, 11,2 faizi isə
digər inzibati xətalarla bağlı olub.

“2023-cü ildə baxılmış işlərin 44,7 faizi üzrə inzibati məsuliyyət tədbiri
tətbiq edilib. 45,1 faizinin icraatına xitam verilib, 10,2 faizi üzrə işlərə
dair materiallar əlavə yoxlanış üçün qaytarılıb və ya aidiyyəti üzrə
göndərilib”, – deyə məlumatda bildirilib. Bundan başqa, inzibati məsuliyyət
tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş
şəxslərin sayı əvvəlki illə müqayisədə 2,5 faiz azalaraq 49,5 min nəfər olub.

İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 40,5 faizinə fiziki şəxsə verilmiş
xüsusi hüququn məhdudlaşdırılması, 38,7 faizinə inzibati cərimə, 19,1 faizinə
inzibati həbs, 1,2 faizinə ictimai işlər, 0,5 faizinə isə digər tənbeh növləri
tətbiq edilib.

Source link