edb2c8b1-dcb8-4c04-b14c-945675aceb17..jpg

Birinci Qarabağ müharibəsi zamanı tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib

Baxış sayı: 641 dəfə baxılıb.

Birinci Qarabağ müharibəsi zamanı tanınmadan dəfn edilmiş 64 nəfərin
şəxsiyyəti müəyyənləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və
rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqda tanınmadan dəfn edilmiş 64
nəfərin şəxsiyyəti müəyyənləşib”.

Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının (Dövlət Komissiyası) katibi, İşçi qrupunun rəhbəri
İsmayıl Axundov deyib.

İşçi Qrupun rəhbəri bildirib ki, ümumilikdə 586 nəfərə aid meyit qalığı aşkar
edilmiş və onlardan 108 nəfərin artıq şəxsiyyəti müəyyən edilib: “Onların 35
nəfəri artıq ictimaiyyətə elan olunub. 73 nəfərin ictimaiyyətə elan olunması
ilə bağlı müvafiq prosedurlar həyata keçirilir. Həmin 73 nəfərdən 64 nəfəri
naməlum şəhid məzarlarından tapılan şəxslərdir, 9 nəfərin meyit qalığı isə
Edilli, Daşaltı və Sarıcalı kəndlərində aşkarlanmış kütləvi məzarlıqlardan
götürülüb”.

Source link