a2cd2641-4e3d-4f13-b512-f7ac0dfde115..jpg

Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi – YENİLƏNİB + FOTO

Baxış sayı: 599 dəfə baxılıb.

Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi –
YENİLƏNİB + FOTO

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü
Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda
dəfn olunub.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, şəhid rayonun Mahmudlu kənd
qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət
nümayəndələri iştirak ediblər.

14:12

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü
Şəmsəddin Allahverdiyevlə 30 il sonra Füzuli rayonunda vida mərasimi keçirilir.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, mərasimdə şəhidin ailə
üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid rayonun Mahmudlu kənd qəbiristanlığında dəfn
ediləcək.

Qeyd edək ki, Allahverdiyev Şəmsəddin Əvəz oğlu 1971-ci il iyulun 1-də Füzuli
rayonunun İşıqlı kəndində anadan olub. Yaxınlarının bildirdiyinə görə, ərazi
özünümüdafiə dəstələri yaranan ilk gündən könüllü olaraq ordu sıralarına
yazılıb. Bir çox hərbi əməliyyatlarda və erməni silahlı birləşmələrinin
azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının
alınmasında iştirak edib. Ş.Allahverdiyev 1993-cü il mart ayının 27-də Füzuli
rayonu Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad
olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı
məzarlıqlar aşkarlanıb.

Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Ş.Allahverdiyevə məxsus
olduğu təsdiqlənib.

Source link