0e5aaa13-f663-48e2-8780-8c0a942f15f6..jpg

Birinci Qarabağ müharibəsində itkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb

Baxış sayı: 654 dəfə baxılıb.

Birinci Qarabağ müharibəsində itkin şəxslərdən 253 nəfəri Ermənistanda
saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərdən 872 nəfərin əsir
götürülməsi bizə məlum idi”.

Cixisyolu.com-ın məlumatına əsasən, bunu Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində İşçi qrupun rəhbərinin
müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, bunu hadisə şahidlərinin, əsirlikdən qayıdan
vətəndaşların məlumatı təsdiq edir.

“Səhv etmirəmsə, onlardan 253 nəfəri Ermənistanda saxlanılırmış. Birinci
Qarabağ müharibəsindən sonra beynəlxalq təşkilatlar vasitəsilə onların taleyi
ilə bağlı məlumat tələb etmişik.

Ermənistan tərəfinin aidiyyəti qurumu ilə bununla bağlı işləməyə hazırıq”, –
deyə o əlavə edib.

Source link