60e0ec8f-7ac5-436b-afd6-69c4d34508ad..jpg

Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 503 dəfə baxılıb.

Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məhərrəm İsmayıl
oğlu Əzizovla Bərdə rayonunun 866 saylı qəsəbəsində keçirilən vida mərasimi
başa çatıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidlərin nəşi Ağdam rayonu
Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin
vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və
ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:44

Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan,
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Məhərrəm İsmayıl oğlu
Əzizovun meyitinin qalıqları Bərdə rayonuna gətirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Bərdə rayonu 866
saylı qəsəbədə ailəsinə təhvil verilib.

Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Məhərrəm İsmayıl oğlu Əzizov 1958-ci ildə Ağdam şəhərində anadan
olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunda itkin düşüb.

M.Əzizov Ağdam rayonu Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunacaq.


Source link