1994-cü ildə bizə ATƏT-in Minsk qrupunu sırıdılar. Əgər BMT qətnamələri yerinə yetirilməyəcəksə, ATƏT-in Minsk qrupu nəyə lazımdır? Biz müharibə istəmirik. Ancaq nə qədər gözləməliyik?
ÇıxışYolu.Com məlumat verir ki, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.
Z. Əsgərov deyib ki, Dağlıq Qarabağda Azərbaycanın suverenliyi bərpa olunmalıdır:
“Avropanın ədaləti, demokratiyası budurmu? Bu sualı mənə dəfələrlə seçicilər də ünvanlayıb”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com