London Birjasında “Brent” markalı neftin qiyməti 2014-cü ilin noyabr ayının 25-dən bəri ilk dəfə 79 dolları ötüb.
ÇıxışYolu.Com xəbər verir ki, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 79,10 dollar/barelə bərabər olub.
WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 71,61 dollar/barelə çatıb.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi, eləcə də İsraildəki səfirliyini Tel-Avivdən Qüdsə köçürməsi əmtəə bazarına psixoloji təsir edir.