Bakıda keçirilən cüdo üzrə dünya çempionatı başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, komanda yarışlarında Yaponiya qızıl medalları qazanıb. Fransa gümüş, Koreya və Rusiya milliləri bürünc medala sahib çıxıb.
Bununla da Azərbaycanda daha bir ilk gerçəkləşib. Belə ki, qarışıq komanda yarışlarında birləşmiş Koreya kimi çıxış etmiş bu yığma ən yüksək nəticəsini məhz Azərbaycanda qazanıb. Birləşmiş Koreya yığması ilk dəfə Qış Olimpiadasının bəzi yarışlarında iştirak etsə də, medal qazana bilməmişdi.
Qeyd edək ki, Azərbaycan millisi qarışıq komanda yarışlarında V yeri tutub. Fərdi yarışlarda Hidayət Heydərov (73 kq) bürünc və Uşanqi Kokauri (+100 kq) gümüş medal qazanıb.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com