587e3163-99c1-4a08-ba6b-21cd98b2f809..jpg

“Bit bazarı”nda iki avroya alınan şəkil məşhur rəssamın dəyərli əsəri çıxdı – FOTO

Baxış sayı: 576 dəfə baxılıb.

“Bit bazarı”nda iki avroya alınan şəkil məşhur rəssamın dəyərli əsəri çıxdı –
FOTO

İtaliyanın Toskana şəhərində “Bit bazarı”nda 2 avroya (3,4 manat) alınan
təsadüfi əsərin məşhur fransalı rəssam və heykəltaraş Anri Matissin əsəri
olduğu ortaya çıxıb.

Bu barədə tapıntının yoxlanılması ilə məşğul olan qrafoloq Stefano Fortunati
bildirib. O, əsərin həqiqiliyinə şübhəsi olmadığını vurğulayıb.

Ekspertin sözlərinə görə Matiss bəzən restoranda pul ödəmək, yaxud hədiyyə
kimi salfetlər üzərində əsərlər çəkərdi.

Müəlliflik rəsmən təsdiqlənərsə, hərracda əsərin qiyməti 200 min avroya (364,8
min manat) çata bilər.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Source link