dedfcfd7-6306-40ee-b8d0-f054227ab78a..jpg

“BitMEX” kriptovalyuta birjasında “Bitcoin”in məzənnəsi 8 900 dollara düşüb

Baxış sayı: 545 dəfə baxılıb.

“BitMEX” kriptovalyuta birjasında “Bitcoin”in məzənnəsi 8 900 dollara düşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BitMEX” kriptovalyuta birjasında “Bitcoin”in məzənnəsi martın 19-na keçən
gecə 8900 dollara düşüb. Digər saytlarda isə 60 min dollardan yuxarı qalıb.
Bunu ticarət məlumatları sübut edir.

Məlumata görə, düşmə cəmi bir neçə dəqiqə davam edib. Tezliklə “BitMEX”də ilk
kriptovalyutanın məzənnəsi bərpa olunaraq 67 min dollar səviyyəsinə qayıdıb.

RBC birjanın bəyanatına istinadən yazır ki, çöküşün səbəbi “Bitcoin” satışı
üçün böyük sifarişlər olub. Kriptovalyuta platformasının nümayəndələri
əmindirlər ki, insident bazarlara və fondların təhlükəsizliyinə təsir
göstərməyib. Eyni zamanda, bildirilib ki, “BitMEX” anormal aktivliyi
araşdıracaq.

Mənbə: Gazeta.ru

Source link