Biz Xaçmaz rayonunun timsalında bu gün Azərbaycanda apardığımız siyasətin nəticələrini görürük.

Biz Xaçmaz rayonunun timsalında bu gün Azərbaycanda apardığımız siyasətin nəticələrini görürük.

Baxış sayı: 2. 313 dəfə baxılıb.

Biz Xaçmaz rayonunun timsalında bu gün Azərbaycanda apardığımız siyasətin nəticələrini görürük.

                                                İ.Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bu gün müstəqil Azərbaycan dövləti möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən uzaqgörənliklə qəbul edilmiş “Regionların sosial-iqtisadi inkişaf Dövlət proqramı” nın  ( 2014-2018 illər ) uğurla həyat keçirilməsi nəticəsində son illər respublikamızın bütün bölgələrində olduğu kimi Xaçmaz rayonunda da irimiqyaslı layihələr həyata keçirilir. Xaçmaz rayonu günü-gündən inkişaf edir, abadlaşır və müasir bir şəhərə çevrilir. Ölkənin davamlı inkişafının  təmin olunmasında möhtərəm prezident  cənab İ.Əliyevin həyata keçirdiyi  sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Xaçmaz rayonunda aparılan abadlıq quruculuq işləri istiqamətində görülən tədbirlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır, reallaşdırılan sosial təyinatlı layihələr bütün sahələrdə mövcud olan problemlərində öz müsbət həllini tapır. Belə ki, rayonda həyata keçirilən quruculuq və abadlıq tədbirləri cərçivəsində şəhərdaxili və şəhərətrafı yolların bərpası və təmiri asfalt örtüklərinin dəyişdirilərək yeni və keyfiyyətlisi ilə əvəz olunması, yeni səkilərin salınması, küçə və ərazilərin müntəzəm işıqlandırılması əhalidə fərəh hissi doğurur.

Biz Xaçmaz rayonunun timsalında bu gün Azərbaycanda apardığımız siyasətin nəticələrini görürük.

”Təhsil millətin gələcəyidir– Ulu Öndər Heydər Əliyevin bu kəlamını rəhbər tutan rayon rəhbərliyi yeni məktəblərin tikilib istifadəyə verilməsi, təmirə ehtiyacı olan təhsil müəssisələrinin bərpa olunması, onların müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunması bir sözlə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir uşaq baxçaları-körpələr evlərinin tikilib istifadəyə verilməsi və ən zəruri avadanlıqlarla təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. H.Əliyev fondunun prezidenti I Vitse Prezident Mehriban xanım Əliyevanın bu sahəyə qayğısı danılmaz bir həqiqətdir. Rayonda fəaliyyət göstərən səhiyyə müəssisələri, əhalinin sağlamlığı və onlara göstərilən tibbi xidmətin yüksək səviyyədə səmərəliliyi daim diqqət mərkəzində saxlanılan bir sahə kimi rayon rəhbərliyinin gündəlik qayğısına daxildir. Rayon əhalisinin asudə vaxtının səmərəli təşkili və istirahəti də bu qəbildən olan sahələrə aiddir. Nəzərə alsaq ki, Xaçmaz böyük turizm potensialına malik bir bölgədir, onda bu sahəyə böyük bir diqqətin və qayğının şahidi olarıq. Təbii ki, Xaçmaz rayonu bu mənada bir çox bölgələrə nümunə ola bilər.

Qeyd etmək yerinə düşər ki, rayonda qeyri-neft sektorunun sahibkarlığın, kiçik və orta biznesin və digər aqrar sahələrin inkişafina da yüksək qayğıkeşlik və həssaslıqla yanaşılır, inkişaf etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Ş.Xanbabayevin rayonun idarə rəhbərləri ilə ən ucqar kəndlərdə belə əhali ilə görüşləri, onları narahat edən problemləri yerindəcə həll etməsi, əhalinin qayğısına qalması, sevinclə, ruh yüksəkliyi ilə qarşılanır.

Biz Xaçmaz rayonunun timsalında bu gün Azərbaycanda apardığımız siyasətin nəticələrini görürük.

Möhtərəm Prezidentimiz cənab İ.Əliyev 15 illik Prezidentliyi dövründə apardığı pravmatik daxili-xarici siyasətin nəticəsində ölkəmizdə əmin-amanlıq tam təmin olunmuş xalqımızın maddi rifah halı yaxşılaşmış və əhalimizin firavan yaşayışına nail olunmuşdur. Bütün bunların əsasını cənab prezidentin apardığı mükəmməl kadr siyasəti təşkil edir. Rayonda əldə olunmuş bu nailiyyət təbii ki, Xaçmaz rayon İcra Hakimiyyətinin  başçısı cənab Şəmsəddin Xanbabayevin işə məsuliyyətlə yanaşmasından qayğıkeşliyindən və tələbkarlığından irəli gəlir.

Qarşıda görüləsi işlər hələ çoxdur. İnanırıq ki, hörmətli prezidentimiz cənab İ.Əliyevin və I Vitse Prezident Mehriban xanım Əliyevanın apardığı daxili və xarici siyasət nəticəsində müstəqil Azərbaycanımız inkişaf edəcək, onların rəhbərliyi altında xalqımız xoşbəxt gələcəyə qovuşacaq.

Hazırladı :  Fuad Mahmud oğlu