Rusiya futbol çempionatının 3-cü divizionunda çxış edən “Ararat-Moskva” klubunun oyunçuları əmək haqlarının verilməməsindən şikayətlənirlər.
“Sports.ru” xəbər verir ki, onlara 4 aydır maaş verilmir.
Çempionatın növbəti turunda futbolçular meydana “Bizim pulumuz haradadır?” yazısı olan köynəklərdə çıxıblar.
Bu aksiya “Ararat-Moskva”nın acınacaqlı vəziyyətinə diqqəti cəlb etmək üçün atılıb.
Komandanın baş məşqçısı Vasili Rojnov bildirib ki, klub rəhbərliyi maaşların paylanmasını dəfələrlə təxirə salıb.
“Mən 4 aydır komandanı çalışdırıram, lakin nə əmək haqqı, nə də mükafat görməmişəm. Bizi vədlərlə yedizdirirlər. Mən belə halda oyunçuları necə məşq etdirim. Axı onların nəsə yediklərindən xəbərim yoxdur”, – deyə mütəxəssis bildirib.
Qeyd edək ki, əvvəllər “Ararat-Moskva” adlı komanda mövcud olub. 2017-c ildə erməni diasporunun maliyyə dəstəyi ilə kluba tanınmış futbolçular Roman Pavlyuçenko və Marat İzmaylov gətirilib.
Lakin sonra “Ararat-Moskva” Ermənistan çempionatına köçüb, onun əvəzinə isə Moskvada başqa eyni adl komanda yaranıb.
Yeni komandanın prezidenti keçmiş futbol agenti Valeri Oqanesyandır, əsas sponsoru isə tanınmış mediamaqnat Aram Qabriyelyanovdır.