Rusiya biznesindən ofşor zonalara kapital axını davam edir. Axın müxtəlif şirkətlərdə payların alınması və kreditlərin verilməsi yolu gerçəkləşir.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Rosbalt” məlumat yayıb.
Rusiya Mərkəzi bankının hesablamalarına görə, təkcə ötən il Rusiyadan ofşorlara kapital axını 42 milyard dollara yaxın olub.
Bu rəqəm federal büdcənin il ərzində iqtisadi inkişafa xərclədiyi vəsaitdən 15 faiz çoxdur. Təhsil və səhiyyəyə ayrılan məbləğdən isə iki dəfə artıqdır.
Rusiya biznesmenlərinin pullarını çəkən “əsas maqnit” Kipr dövləti sayılır. İl ərzində Rusiyanın hüquqi və fiziki şəxsləri Kipr şirkətlərinə orta hesabla ümümilikdə 35,9 milyard dollar yatırır.
Rusiyalı biznesmenlərin adaya qoyduğu sərmayə tarixi rekorda – 177, 4 milyarda çatıb.
Rusiyalı iş adamları arasında populyarlığına görə ikinci ofşor istiqamət Virqin adaları, üçüncü istiqamət isə İsveçrədir.