Blinken HƏMAS-ın Qəzzanın bir neçə xəstəxanasında qərargah qurduğunu bildirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında bir neçə xəstəxanada öz
komanda və nəzarət məntəqələrini yaradıb.
Bu barədə ABŞ dövlət katibi Antoni Blinken bəyanat verib.
“Bizim məlumatımız var ki, komanda və idarəetmə mərkəzləri ya xəstəxanalarda,
ya da onların altında yerləşir. Bir neçə belə xəstəxana var”, – deyə Amerikanın
xarici siyasət idarəsinin rəhbəri bildirib.
Onun sözlərinə görə, bu, HƏMAS-ın bu və ya digər növ mülki infrastruktura
nüfuz etməsinə inandırıcı sübutdur.
“Avtomatik silahların məhz hansı səbəbdən maqnit rezonans tomoqrafiya
avadanlığı ilə bitişik olduğu mənə aydın deyil”, – deyə Blinken “Əş-Şifa”
xəstəxanası ətrafındakı vəziyyəti şərh edərkən deyib.
Mənbə: TASS