Blinken: “İsrailə hücumda 1000-ə yaxın silahlı iştirak edib” – VİDEO
“Oktyabrın 7-də İsrailə hücumda iştirak edən yaraqlıların sayı min nəfərə
yaxın idi”.
Bunu ABŞ-ın dövlət katibi Antoni Blinken ABC telekanalına müsahibəsində deyib.
“Qəzza ətrafında döyüşlər davam edir. Ölkənin qalan hissəsində vəziyyət daha
sakitdir. Amma döyüşlər həqiqətən də şiddətlidir, 1 000 yaxın döyüşçü İsrailə
basqın edib. Onların əksəriyyəti öldürülüb və ya Qəzzaya qayıdıb, amma dediyim
kimi, gərgindir. Döyüşlər davam edir”, – Blinken deyib.