Blinken İsrailə hücumun məqsədini açıqladı
“Oktyabrın 7-də İsrailə hücumun məqsədi bu ölkə ilə Səudiyyə Ərəbistanı
arasında münasibətlərin normallaşmasını pozmaq ola bilər”.
Bu barədə ABŞ dövlət katibi Antoni Blinken ABC telekanalına müsahibəsində
deyib.
“Hər kəs bilir ki, “HƏMAS”, “Hizbullah” və İran Səudiyyə Ərəbistanı ilə İsrail
arasında münasibətlərin normallaşmasına qarşıdırlar. Əgər baş verənlərin bu
səyləri pozmaq məqsədi daşıdığını desək, o zaman bu barədə uzun-uzadı danışa
bilərik”, – Blinken bildirib.