27baa229-18ba-4689-a481-c93ae88e90e9..jpg

Blinkendən Əliyevə edilən zəngin “səsi” – TƏHLİL

Baxış sayı: 623 dəfə baxılıb.

Blinkendən Əliyevə edilən zəngin “səsi” – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng
etməsi Bakı-Vaşinqton əlaqələri baxımından bir neçə vacib məqamı vurğulayır.

Birincisi, ABŞ Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasında tərəflər
arasında əldə edilmiş razılıqların perspektivində öz mövqelərini yerbəyer etmək
istəyir.

Blinkenin Qazaxın 7 kəndindən dördünün Azərbaycana qaytarılması münasibətilə
İlham Əliyevi təbrik etməsi Vaşinqtonun delimitasiya üzərindən Bakı-İrəvan sülh
proqramında vasitəçiliyi ələ keçirmək niyyətlərinə işarə edir.

Böyük ehtimal ki, ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
Almatıda keçiriləcək görüşünə pərdəarxasından yön verməyi cari hədəf kimi
qarşıya qoyur.

İkincisi, Əliyev telefon danışığında qeyd etdi: “Azərbaycan regionda hər hansı
ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq
modelinin qurulmasını dəstəkləyir”. ABŞ güman ki, öz yanaşmalarını Əliyevin bu
mövqeyinə uyğunlaşdırmağı məqbul saya bilər.

Bunun özü də regionda Zəngəzur dəhlizi layihəsinə əhəmiyyətli
qiymətləndirmələri göstərir. Yəni Vaşinqton Azərbaycana qarşı ayırıcı xətlər
yaratmağa cəhd etməsə, onun mövqeyi Bakının strateji yanaşmasının
genişlənməsinə töhfə verəcək.

Üçüncüsü, ABŞ Azərbaycanda noyabrda keçiriləcək COP29 mötəbər tədbirinə xüsusi
diqqət ayırır, çünki bu:

– Vaşinqtonun Cənubi Qafqaz arenasında yaşıl enerji üzərindən siyasətinə
tezislər verəcək,

– Ağ Evin Azərbaycanla energetika sahəsindəki əməkdaşlıq ruhuna yeni nəfəs
gətirəcək,

– İki dövlət arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığın daha təkmil
forması üzərində formullar hazırlanmasına yardımçı olacaq.

Deməli, Vaşinqton Azərbaycanla mövqelərini mübahisəsiz şəkildə tutuşdurmaq
istəyirsə, o, regional kampaniyasını Bakı ilə əlaqəli şəkildə qurmalıdır.

Şərtdir ki, ABŞ Konqresində gündəmə gəlməsi gözlənilən Azərbaycana qarşı
sanksiyalar mövzusu aradan qalxmalıdır. Hərçənd ki, ABŞ-nin Azərbaycana qarşı
sanksiya tətbiq etməsi real görünmür.

NƏTİCƏ:

Blinkenin Əliyevlə danışıqları Vaşinqtonun Cənubi Qafqazdakı
Azərbaycan-Ermənistan proqramının perspektivə təpkisini ölçür.

Bu, ABŞ-nin Azərbaycanın xeyrinə daha çox strateji yanaşma göstərməsini
şərtləndirən xüsusiyyətlər qazana bilər.

Bu mənada Bakı ilə Vaşinqtonun ortaq baxışlar üzrə danışıqlarında yeni
canlanmanın müşahidə olunacağı istisna deyil.

Aqşin Kərimov

Source link