08dec5cf-ad42-4511-b59b-684024763e35..jpg

Blinkenin təyyarəsi Fransada xarab oldu, avtomobillə səfərə yollandı

Baxış sayı: 529 dəfə baxılıb.

Blinkenin təyyarəsi Fransada xarab oldu, avtomobillə səfərə yollandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin dövlət katibi Antoni Blinkenin “Boeing 737” təyyarəsi Fransada xarab
olub.

Təyyarədə texniki nasazlıqlar olduğu bildirilib. ABŞ nümayəndə heyəti Parisdən
NATO-nun Brüsseldəki mənzil-qərargahına avtomobillə gedib.

Qeyd edək ki, Fransa və Belçika paytaxtları 190 mil (təxminən 300 km)
məsafədədir.

Xatırladaq ki, ABŞ dövlət katibinin təyyarəsində əvvəllər də problemlər
yaranıb. Yanvar ayında Blinkenin “Boeing”i Davosdan havaya qalxarkən oksigen
sızması aşkar edilib. Nasazlığı təmir etmək mümkün olmadığı üçün təyyarə uçuş
üçün təhlükəli elan olunub.

Mənbə: RİA Novosti

Source link