“Bloomberg” yazdı: Rusiyanın tezliklə Avropada yeni müttəfiqi kim olacaq? –
FOTO
“Slovakiyada qarşıdan gələn seçkilərdə ölkənin keçmiş baş naziri Robert
Fisonun partiyası qalib gələrsə, Rusiya ola bilər ki, tezliklə Avropada daha
bir müttəfiq qazansın.
Belə ki, Robert Fiso rusiyayönlü baxışları ilə tanınır”.
Bu barədə “Bloomberg” nəşrinin dərc etdiyi yazıda bildirilib.
Slovakiyanın ən uzunmüddətli baş naziri olan Fiso 2018-ci ildə vəzifəsindən
getməyə məcbur olub. Hazırda o, Ukraynadakı müharibənin nəticələri ilə bağlı
narahatlıqlarından seçki kampaniyasında fəal şəkildə istifadə edir.
“Robert Fiso Ukraynaya hərbi yardımı dayandıracağına söz verib, Slovakiya
prezidentini “Amerika agenti” adlandırıb və Ukraynanın NATO-ya üzvlüyünə qarşı
çıxır. İndiyədək Slovakiya ümumilikdə Kiyevə dəstək mövqeyini dəyişmirdi, lakin
son sorğular göstərir ki, Slovakiya əhalisinin yarıdan çoxu müharibədə Qərbi və
ya Ukraynanı günahlandırır”, – deyə nəşrin yazısında qeyd edilib.