Bloqer Hüseyn Həsənov kimsəsiz uşaqlar üçün hədiyyələr toplayır

Bloqer Hüseyn Həsənov kimsəsiz uşaqlar üçün hədiyyələr toplayır

Baxış sayı: 4. 211 dəfə baxılıb.

Bloqer Hüseyn Həsənov kimsəsiz uşaqlar üçün hədiyyələr toplayır

Moskvada valideynlərindən məhrum olan uşaqlar üçün hədiyyələrin yığılması ilə bağlı xeyriyyə aksiyası keçirilir. Bu aksiyanı tanınmış instabloqer Hüseyn Həsənov və “Yaşamaq” layihəsinin prodüseri İqor Matvienko təşkil edirlər.

ÇıxışYolu.Com Life.ru-ya istinadən xəbər verir ki, aksiya dörd gün davam edəcək.

Bildirilir ki, Moskva vilayətinin uşaq evləri üçün oyuncaq gətirmək istəyən hər kəs onları Rusiya sərgi mərkəzinin əsas girişinin arkası qarşısında yerləşən yük maşınına təhvil verə bilər. Hədiyyələr saat 09:00-dan 23:00-a kimi qəbul olunur.

Artıq çərşənbə axşamı, dekabrın 25-də H.Həsənov istifadəçilərlə birlikdə uşaqları təbrik etməyə gedəcək. Aksiyada iştirak etmək istəyən şəxsləri təşkilatçılar yumşaq oyuncaqlar deyil, idman ləvazimatları, dəftərxana məmulatları və yaradıcılıq üçün olan ləvazimatları gətirməyi xahiş edirlər. Qeyd olunur ki, bütün hədiyyələr yeni olmalıdır.

www.ÇıxışYolu.Com