BMT Azərbaycana texniki missiya göndərəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi Azərbaycana
texniki missiya göndərəcək.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının
rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29),
Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin
Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin ilk iclasında deyib.
S.Nuriyev dialoq şəraitində hazırlıq işlərinin aparılacağını bildirib və
COP29-un təşkil edilməsi məqsədilə bütün aidiyyəti sahələrdə ehtiyacların
qiymətləndirilməsinin zəruriliyini qeyd edib. Samir Nuriyev eyni zamanda,
beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaş kimi
Azərbaycanın əvvəki illərdə COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə
mübadiləsi apardığını bildirib.