BMT Azərbaycanda azad edilmiş iki kəndin layihələndirilməsinə dəstək göstərəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“UN-Habitat” (BMT-nin Məskunlaşma Proqramı) Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində olan kəndlərdən ikisinin lahiyələndirilməsində iştirak edəcək”.
“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədri Anar Quliyev deyib.
O bildirib ki, “UN-Habitat” tərəfindən layihələndiriləcək kəndlərin biri
dağlıq, digəri isə düzənlik ərazidə yerləşir.
A.Quliyev vurğulayıb ki, “UN-Habitat”ın təşəbbüsü ilə insanyönümlü “ağıllı
şəhər”lər üzrə beynəlxalq təlimat hazırlanmasına başlanılıb və bunun üçün
geniştərkibli ekspertlər qrupu formalaşıb. Həmin qrupa iki Azərbaycan eksperti
də daxildir.