a8235f02-092d-4c9d-b7b0-a8ef468e69f8..jpg

BMT Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Baxış sayı: 707 dəfə baxılıb.

BMT Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ilə qədər Azərbaycanın iqtisadi
artım proqnozunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında
bildirilib. BMT 2024-cü il üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM)
2,6%, 2025-ci ildə isə 2,8% səviyyəsində proqnozlaşdırıb. Hesabata əsasən,
2023-cü il üzrə Azərbaycanda iqtisadi artım 0,7% təşkil edib.

BMT-nin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya
5,9%-dək, 2025-ci ildə isə 3,9%-dək azalacaq. Təşkilat ötən il üzrə inflyasiya
proqnozunu 9,5% müəyyən edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə
əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 0,8%,
inflyasiya isə 9,4% təşkil edib.

Source link