612925f1-e180-4c85-b476-30c91312f48b..jpg

BMT azad olunan ərazilərin bərpasında Azərbaycana dəstək verməyə hazırdır

Baxış sayı: 977 dəfə baxılıb.

BMT azad olunan ərazilərin bərpasında Azərbaycana dəstək verməyə hazırdır

“Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) hökumətin
prioritetlərinə uyğun olaraq münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və
yenidənqurma ehtiyaclarını həll etmək üçün hökumətə öz dəstəyini göstərməyə
hazırdır”.

“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi
səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə
təşkilatçılığı ilə keçirilən konfransda deyib.

“Dayanıqlı iqtisadi artım, keyfiyyətli ictimai və sosial xidmətlərin
göstərilməsi, ətraf mühitin mühafizəsi və yaşıl transformasiyanın təmin
edilməsində təcrübəmizə arxalana bilərsiniz”, – o qeyd edib.

Source link