c66e26f1-e929-49b9-9335-e5390919ce8f.jpg

BMT Baş Assembleyasının prezidenti COP29 çərçivəsində Azərbaycana səfər edəcək

Baxış sayı: 214 dəfə baxılıb.

“BMT Baş Assembleyasının 79-cu sessiyasının prezidenti, Kamerunun keçmiş Baş
naziri Filemon Yanq Azərbaycana səfər edəcək”.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Baş Assambleya sədrinin
kommunikasiyalar üzrə müşaviri Mariam Şaik bildirib.

BMT rəsmisi əlavə edib ki, Baş Assambleyanın prezidenti Azərbaycanın sədrliyi
ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 konfransı
çərçivəsində Bakıya səfər edəcək. O, Azərbaycan hökumətinin dəvətini qəbul edib
və COP29-un açılışında iştirak edəcək.

Qeyd olunub ki, F.Yanq COP29 çərçivəsində Bakıda yüksək səviyyəli tədbirlər və
müzakirələrə qatılacaq və bir sıra görüşlər keçirəcək.

Source link