65e0eb97-0f27-4fe8-b2e3-4b05a2a3c9f3..jpg

BMT baş katibi: “Fələstin xalqının şikayətləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz”

Baxış sayı: 679 dəfə baxılıb.

BMT baş katibi: “Fələstin xalqının şikayətləri HƏMAS-ın dəhşətli hücumlarına
haqq qazandıra bilməz”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında
səsləndirdiyi HƏMAS-ın İsrailə ölümcül hücumuna haqq qazandıran ifadələrini
geri götürməyə çalışır.

Antonio Quterreş bu barədə “X” hesabında paylaşım edib.

“Fələstin xalqının şikayətləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra
bilməz”, – deyə o, paylaşımda bildirib.

“Bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına
haqq qazandıra bilməz”, – deyə Quterreş əlavə edib.

Xatırladaq ki, Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının İsrail və HƏMAS
arasında müharibəyə həsr olunmuş iclasında HƏMAS-ın hücumunun əbəs yerə
olmadığı ilə bağlı ifadə dilə gətirib. “Eyni zamanda etiraf etmək lazımdır ki,
HƏMAS-ın hücumu boş yerə olmayıb”, – deyə Quterreş bildirib.

Qeyd edək ki, İsrail rəsmiləri bu fikirlərinə görə Quterreşi tənqid edib və
bundan sonra BMT rəsmilərinə viza verilməsindən imtina ediblər. Bir çoxları isə
Antonio Quterreşi istefaya çağırıb.

The grievances of the Palestinian people cannot justify the horrific attacks
by Hamas.

Those horrendous attacks cannot justify the collective punishment of the
Palestinian people.
— António Guterres (@antonioguterres) October 25, 2023

Mənbə: “Times of İsrael”

Source link