BMT baş katibi Antonio Quterreş ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti ilə bağlı narahatlıq ifadə edib.
ÇıxışYolu.Com “İnterfaks”a istinadən xəbər verir ki, Quterreş bu münasibətlərin getdikcə daha çox soyuq müharibəni xatırlatdığını bildirib.
“Mən həqiqətən çox narahatam. Hesab edirəm ki, soyuq müharibə dönəmlərində yaşayan situasiyaya yaxınlaşırıq” deyə Vaşinqtonun rusiyalı diplomatları qovması məsələsini şərh edən Quterreş bildirib.
Habelə BMT başçısının sözlərinə görə, cari vəziyyəti Sovet dönəmlərindəki soyuq müharibədən fərqləndirən iki cəhət var.
Quterreş bildirib ki, soyuq müharibə illərində dünyanın müvafiq regionlarına tam olaraq nəzarət edən iki güc , ABŞ və SSRİ olduğu halda, hazırda müxtəlif münaqişələrə cəlb olunmuş və eskalasiya riski ilə üzləşmiş digər “nisbi müstəqil” oyunçular mövcuddur.
Həmçinin Quterreşin sözlərinə görə, soyuq müharibə illərində vəziyyətin sabitləşməsi üçün müxtəlif mexanizmlər mövcud idi. Ancaq soyuq müharibənin başa çatmasından sonra bu mexanizmlər yararsız yala düşüb.