BMT baş katibi: Suriyada əməliyyatları dayandırın

Baxış sayı: 2. 574 dəfə baxılıb.

BMT baş katibi: Suriyada əməliyyatları dayandırın

BMT-nin baş katibi Antonio Quterreş Suriyanın cənub-qərbində döyüşləri dayandırmağa çağırıb.

ÇıxışYolu.Com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, BMT-nin bəyanatında baş katibin Suriyanın cənub-qərbində hərbi hücumlardan və insan itkisinin artmasından narahat olduğu və hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığı bildirilir.

Antonio Quterreş tərəflərə beynəlxalq humanitar qaydalara və 2017-ci ildə bağlanmış deeskalasiya sazişinə hörmətlə yanaşmaq çağırışı ilə müraciət edib.

Bundan əvvəl BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsinin yaydığı məlumatda Suriyanın cənub-qərbində hərbi əməliyyatlarla bağlı iki gün ərzində ərazidən köçürülən insanların sayının 2,5 dəfə artaraq, 160 min nəfərə çatdığı bildirilib.

www.ÇıxışYolu.Com