726208ab-a9c5-4747-bafd-6ee0b7228a9b..jpg

BMT: Bu yay tarixdə müşahidə edilən ən isti yay olub

Baxış sayı: 708 dəfə baxılıb.

BMT: Bu yay tarixdə müşahidə edilən ən isti yay olub

Bu yay tarixdə müşahidə edilən ən isti yay olub.

Bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

Onun sözlərinə görə, planet “qaynama mövsümündən keçib”. Tarixdə ən isti yayın
qeydə alınması iqlim böhranının başlamasından xəbər verir.

O, dünya liderlərini vəziyyətin daha acınacaqlı olmasından qaçınmaq üçün
dərhal iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməyə çağırıb.

Qeyd edək ki, alimlərin fikrincə, 2023-cü ildə baş verən anomal istilər
Polineziyadakı Hunqa-Tonqa-Hunqa-Haapay sualtı vulkanının püskürməsi ilə bağlı
ola bilər. Onların sözlərinə görə 2022-ci ilin yanvarında bu püskürmənin
miqyası çox böyük olub, stratosferə görünməmiş miqdarda su buxarı, həmçinin
kükürd dioksidi və vulkanik kül yayılıb. Bütün bunlar şimal yarımkürəsində
istiləşmələrə səbəb ola bilər.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Source link