f851981b-85c6-4e55-9251-5fb7aae57549..jpg

BMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub – FOTO

Baxış sayı: 674 dəfə baxılıb.

BMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş
olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargah binasında 12 ölkənin –
Azərbaycan, Əfqanıstan, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan,
Hindistan, Tacikistan, Türkiyə və Türkmənistan və İranın BMT yanında daimi
nümayəndəliklərinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Novruz bayramına həsr
olunmuş tədbir keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio
Quterreş iştirakçılara təbrikini çatdırıb. Baş katib milyonlarla insanı,
nəsilləri və millətləri birləşdirən Novruzun yeni ilin başlanğıcının, yazın
gəlişinin və təbiətin dirçəlişinin bayramı olduğunu deyib və bu çətin dövrlərdə
Novruzun dialoqu, mehriban qonşuluğu və barışığı təşviq etdiyini diqqətə
çatdırıb. Quterreş Novruz bayramını qeyd edən bütün millətlərin nümayəndələrinə
təbriklərini göndərib.

BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis
çıxışında uzun illərdir keçirilən Novruz bayramının dünyada yaşayan üç yüz
milyon insan tərəfindən təntənəli şəkildə qeyd olunmasının xalqların
həmrəyliyinin təşviqinə xidmət etdiyini bildirib.

Daha sonra 12 ölkənin BMT-dəki daimi nümayəndəliklərinin təmsilçilərinin
çıxışları dinlənilib.

Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini
Tofiq Musayev iştirakçılara Novruz bayramı münasibətilə səmimi təbriklərini və
xoş arzularımızı çatdırıb.

Diplomat bildirib ki, Azərbaycan BMT Baş Assambleyasında 2010-cu ilin fevralı
23-də yekdilliklə qəbul olunan 21 mart tarixini “Beynəlxalq Novruz Günü” kimi
tanıyan və bayramların əhəmiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına böyük
töhfə verən 64/253 saylı qətnamənin təşəbbüskarı və əsas müəllifi olmaqdan
qürur duyur.

T.Musayev əlavə edib ki, parçalanmalar, inamsızlıq və nifrətin vüsət aldığı
bugünkü dünyamız sülh və yenilənmə mesajına hər zamankından daha çox ehtiyac
duyur. Diplomat çıxışında Novruz bayramının əhəmiyyətini, mədəni irsin tərkib
hissəsi kimi qarşılıqlı hörmət, anlaşma və sülh idealları əsasında xalqlar
arasında əlaqələrin möhkəmləndirilməsi üçün vacib rol oynadığını, mədəni və
qədim adət-ənənələri əks etdirdiyini, beynəlxalq əməkdaşlığın inkişafına töhfə
verdiyini və mədəniyyətlərarası dialoqu təşviq etdiyini vurğulayıb: “Hər ölkədə
Novruz bir qədər fərqli şəkildə qeyd olunsa da, birləşdirici xüsusiyyətləri var
ki, bu da onu bütövlükdə dünya üçün mükəmməl, rəngarəng və çoxşaxəli, ümumi
məqsəd və istəklərlə bir araya gətirən mükəmməl metafora edir”.

Tədbirdə 12 müxtəlif ölkədə Novruz bayramının atributlarını, adət və
ənənələrini özündə əks etdirən videoçarx nümayiş etdirilib. Görüntülərdə
Azərbaycanın zəngin mədəniyyəti, tarixi, Bakının gözəllikləri, Novruz
adət-ənənələri və milli təamları nümayiş olunub. Tədbirdə, həmçinin qonaqlara
Novruz atributlarının yer aldığı nəhəng xonça təqdim olunub. Xonçada
Azərbaycanın hazırladığı rəngarəng guşə qonaqlar tərəfindən maraqla qarşılanıb.

Source link