fc0d0d27-60f0-4e83-bbf3-793c97ca5723..jpg

BMT-də Xocalı soyqırımının tanınmasına çağırış yayılıb

Baxış sayı: 773 dəfə baxılıb.

BMT-də Xocalı soyqırımının tanınmasına çağırış yayılıb

“Barışıq üçün tanı” Beynəlxalq Koalisiyanın bəyanatı fevralın 27-də öz işinə
başlayacaq BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasının sənədi kimi yayılıb.

Bəyanatda qeyd olunur:

“Ədalət və sülh birlikdə addımlamalıdır. Yalnız bu, münaqişələrin həllinə,
müharibə cinayətlərinin və beynəlxalq hüququn kütləvi şəkildə pozulmasının
nəticələrinin aradan qaldırılmasına təkan verir. Yalnız bu, gələcək sülh üçün
möhkəm təməlin açarıdır.

Bunu bir vaxtlar 6000 nəfərdən çox əhalisi olan Xocalıda törədilən qətliamın
faciəli ildönümü ərəfəsində xatırlamaq vacibdir. 1992-ci il fevralın 26-na
keçən gecə Ermənistan silahlı qüvvələri şəhəri ələ keçirərək 613 dinc sakini, o
cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı vəhşicəsinə qətlə yetirmiş, 487 nəfəri
ağır yaralamışdır.

AİHM-in 22 aprel 2010-cu il tarixli qərarında Xocalı qətliamına görə
məsuliyyət daşıyan şəxslərin davranışı “müharibə cinayətlərinə və ya insanlığa
qarşı cinayətlərə səbəb ola biləcək xüsusi ağırlıqlı hərəkətlər” kimi
səciyyələndirilir. Eyni zamanda, 17 ölkənin milli qanunvericilik orqanları, o
cümlədən bir sıra beynəlxalq təşkilatlar Xocalıda dinc əhalinin kütləvi şəkildə
qətlə yetirilməsini insanlığa qarşı cinayət və soyqırımı aktı kimi
qiymətləndirirlər.

Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanda əvvəlki korrupsioner
administrasiyanın irsindən imtina prosesi ölkənin keçmiş rəhbərlərinin birbaşa
iştirak etdiyi cinayət olan Xocalı faciəsi məsələsinə yanaşmaya təsir
göstərməyib”.

Qeyd edək ki, koalisiya İtaliya, Fransa, Macarıstan və Danimarkadan olan bir
sıra insan haqları təşkilatları tərəfindən yaradılıb. Buraya Srebrenitsa
Anaları Təşkilatının prezidenti və ATƏT-in dini azlıqlar üzrə keçmiş məruzəçisi
kimi insan hüquqlarının müdafiəsi sahəsində tanınmış ictimai xadimlər də
daxildir. Koalisiya 2022-ci ilin martında İtaliya Senatında keçirilən keçid
dövrünün ədliyyəsi məsələləri üzrə konfrans zamanı yaradılıb.

Koalisiya Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti arasında keçmiş
münaqişənin kollektiv psixoloji travmasının aradan qaldırılmasına yönəlmiş
dialoqu təşviq etmək niyyətində olduğunu bəyan edib.

Mənbə: un.org

Source link