BMT hal-hazırda Qəzza zolağında fələstinlilərlə israilli hərbçilər arasında baş vermiş toqquşmalarda qeydə alınan ölüm hallarını araşdırmağı planlaşdırmır.
ÇıxışYolu.Com xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərxan Haq jurnalistlərə verdiyi açıqlamada bildirib.
Toqquşmalarda son hesablamalara görə, 52 fələstinli həlak olub, iki mindən çox insan yaralanıb.
“Təbii ki, bütün ölüm halları araşdırılmalıdır. Ancaq biz bu araşdırmanın keyfiyyətli və həqiqətəuyğun olmasını görmək istəyirik”, – deyə Haq bildirib.
BMT sözçüsü, ölüm hallarının dövlətin hüquq mühafizə orqanları tərəfindən araşdırılmalı olduğunu bildirsə də, hansı ölkədən söhbətin getdiyini qeyd etməyib.