3dbe415f-9a7b-4248-85fb-f42877a3b428..jpg

BMT Hindistanın adının Bharat olaraq dəyişdirilməsi məsələsinə münasibət bildirdi

Baxış sayı: 562 dəfə baxılıb.

BMT Hindistanın adının Bharat olaraq dəyişdirilməsi məsələsinə münasibət
bildirdi

“BMT, tələb olunarsa, Hindistanın adının Bharata dəyişdirilməsini nəzərdən
keçirməyə hazırdır”.

Bu barədə təşkilatın nümayəndəsi Fərhan Haq məlumat verib.

Onun sözlərinə görə, təşkilata bu barədə sorğular daxil olduqdan sonra baxılır.

Haq BMT-nin Türkiyə məsələsində də respublikanın hökuməti tərəfindən
göndərilmiş oxşar rəsmi sorğuya cavab verdiyini xatırladıb. Keçən il təşkilat
Ankaranın ölkə adının BMT-nin rəsmi sənədlərində “Turkey” kimi deyil, türklərin
özlərinin dedikləri kimi -“Türkiye” kimi yazılması
ilə bağlı xahişini təmin edib.

Hindistanda sentyabrın 5-də Draupadi Murmunun G20-nin şam yeməyinə dəvət
göndərdikdən sonra “Hindistan prezidenti” əvəzinə“Bharat prezidenti”
olaraq vəzifəsini qeyd etməsi böyük qalmaqal
yaratmışdı. Hər iki ad konstitusiyada var və ölkədə fəal şəkildə istifadə
olunur, lakin beynəlxalq səviyyədə “Hindistan” adı qəbul edilir.

Mənbə: TASS

Source link