e0e3165d-180a-48e7-8552-7b2819503617..jpg

BMT İranda şagirdlərin zəhərlənməsi ilə bağlı bəyanat yaydı – FOTO

Baxış sayı: 1. 009 dəfə baxılıb.

BMT İranda şagirdlərin zəhərlənməsi ilə bağlı bəyanat yaydı – FOTO

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda
qız şagirdlərin zəhərlənməsi ilə bağlı bəyanat yayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bəyanatda şəffaf araşdırmalar aparmağa və bu hücumların səbəbkarlarının
cəzalandırılmasına çağırılıb.

“İranın hakimiyyət orqanları bu işin araşdırılmasına başladıqlarını deyiblər.
Ancaq Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı
israr edir ki, bu təhqiqat şəffaf olmalı və onun nəticələri ictimaiyyətə
açıqlanmalıdır”, – deyə bəyanatda qeyd edilib.

Bununla yanaşı Almaniyanın xarici işlər naziri Annalena Berbok da bu hücumları
şokedici adlandırıb. O vurğulayıb ki, iranlı qızların Tehran və Ərdəbildə
qorxmadan məktəbə getmək haqları pozulub.

Həmçinin Beynəlxalq Əfv Təşkilatı da bəyanat yayaraq Tehran rejiminin
şagirdlərin zəhərlənməsi ilə bağlı məsələdə məsuliyyətsizlik etdiyini və
qadınlara, qızlara qarşı zorakılıqlara laqeyd yanaşdığını bildirib.

Source link