742e920e-9b42-4fc2-8a13-5a08f5a96f37..jpg

BMT missiyasının zirehli maşını Malidə minaya düşüb

Baxış sayı: 727 dəfə baxılıb.

BMT missiyasının zirehli maşını Malidə minaya düşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT missiyasının zirehli maşını minaya düşüb, səkkiz sülhməramlı yaralanıb.

Bu barədə BMT-nin Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası
məlumat yayıb.

“Bizim karvandakı zirehli avtomobil Qaoya (Mərkəzi Malinin şimal-şərqində
yerləşən şəhər – red.) gedərkən əldəqayırma partlayıcı qurğu ilə partladılıb.
Səkkiz sülhməramlı yaralanıb və onlar Qaoya təxliyə ediliblər”, – deyə
məlumatda bildirilir.

Qeyd edək ki, bu, oktyabrın 31-də yola salındıqdan sonra karvana əldəqayırma
partlayıcı vasitə ilə üçüncü hücumdur.

Mənbə: gazeta.ru

Source link