df9281da-b1cf-4a16-856e-24b26c2c78ac.webp

BMT-nin baş katibi COP29-dan gözləntilərini açıqlayıb

Baxış sayı: 166 dəfə baxılıb.

“BMT-nin qarşıdan gələn iqlim konfransı – COP29 tərəqqiyə iki yolla təkan
verməlidir”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş
yayımladığı videomesajda deyib.

Baş katib bildirib ki, COP29-da ilk olaraq gələn ilə qədər ölkələr üçün yeni
milli iqlim fəaliyyət planları təqdim edilməlidir:

“Hökumətlər bu planları 1,5 dərəcə ilə uyğunlaşdırmağa razılaşıblar. Bu, o
deməkdir ki, onlar bütün istixana qazları emissiyalarını azaltmalı və bu, bütün
iqtisadiyyatı əhatə etməlidir – bütün sektorlarda irəliləyişə təkan
verilməlidir. Digər bir məsələ budur ki, COP29-da iqlim maliyyə məsələsi ön
planda olacaq. İnkişaf etməkdə olan ölkələr təmiz enerjiyə keçidi
sürətləndirmək və qlobal istiləşmə ilə mübarizə aparmaq üçün dəstəklərini
yüksəltməlidirlər”.

Baş katib əlavə edib ki, COP29-da ehtiyac duyulan maliyyə vəsaiti, qarşıya
qoyulan məqsəd və iqlim maliyyəsinin əldə edilməsi üçün əminlik təmin
olunmalıdır: “COP29-un nəticəsi həm də borcların azaldılması, çoxtərəfli
inkişaf banklarının daha böyük və daha cəsarətli hala gətirilməsi üçün
islahatlara yönəlmiş tədbirləri təşviq edən konkret mesajlar göndərməlidir”.

Source link