b89f55a9-e3bd-4b4a-8c0c-c238126b7815..jpg

BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycan regional lider rolu oynayır”

Baxış sayı: 516 dəfə baxılıb.

BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycan regional lider rolu oynayır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan regional lider rolu oynayır”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT)
Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Hökuməti
və BMT arasında Bakı şəhərinin “2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasına ev sahibliyi etməsinə dair” Sazişin imzalanma mərasimində
bildirib.

“İlk dəfə Ümumdünya Şəhərsalma Forumu bu regionda keçiriləcək. Bu, böyük
nailiyyətdir. Azərbaycan Qarabağda daha yaşıl, inklüziv şəhərlərin və kəndlərin
qurulmasına öz töhfəsini verir. Biz ümid edirik ki, həm Ümumdünya Şəhərsalma
Forumunda, həm də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Azərbaycanın nailiyyətləri
nümayiş etdiriləcək”, – deyə o qeyd edib.

Source link