600eb98a-1996-47f7-9849-3e8c6f1e05ce..jpg

BMT Qəzzada xəstəxanaya zərbə endirilməsi ilə bağlı araşdırma aparacaq

Baxış sayı: 805 dəfə baxılıb.

BMT Qəzzada xəstəxanaya zərbə endirilməsi ilə bağlı araşdırma aparacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMT Qəzza zolağında “Əl-Əhli” xəstəxanasına edilən hücumla bağlı öz
araşdırmasını aparacaq”.

Bu barədə “CNN” telekanalına Ümumdünya Humanitar Məsələlər Təşkilatının baş
katibinin müavini Martin Qriffits məlumat verib.

“BMT şübhəsiz ki, öz araşdırmasını aparmaq istəyəcək. Bunu çox tez bir zamanda
etmək lazımdır”, – deyə o, bildirib.

Qriffits həmçinin əlavə edib ki, beynəlxalq humanitar hüquq mülki obyektlərə
və mülki infrastruktura qarşı hava hücumlarını qadağan edir.

Qeyd edək ki, daha əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya
Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında danışıb. O
bildirib ki, Rusiya “Əl-Əhli” xəstəxanasına hücumun obyektiv araşdırılmasına
çağırış edir.

Mənbə: ТАSS

Source link