5f5f09ca-2799-4237-a629-66b4a7f34271..jpg

BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb”

Baxış sayı: 522 dəfə baxılıb.

BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə
alınmayıb”

“Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsini öz
istəkləri ilə tərk edərək Ermənistana köçən erməni sakinlərə qarşı pis rəftarla
bağlı heç bir fakt qeydə almayıb”.

Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi
Kavita Belani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn
çıxışı zamanı bildirib.

“Bilirəm ki, indiyədək heç bir insident, pis rəftar halları ilə bağlı heç bir
fakt yoxdur. Bu, uzun yoldur, tıxaclar insanlar üçün çətinlik yaradır. Lakin
azərbaycanlılar tərəfindən pis rəftar halları qeydə alınmayıb”, – o deyib.

Mənbə: “Anadolu”

Source link