ab0b26ca-5a53-45c6-ab1f-2b99bd7be61e..jpg

BMT rəhbərindən Ramazan çağırışı

Baxış sayı: 581 dəfə baxılıb.

BMT rəhbərindən Ramazan çağırışı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin baş katibi Antonio Quterreş müqəddəs Ramazan ayı ərzində Qəzza zolağı
və Sudanda atəşkəsin olması üçün çağırış edib.

“Mən Sudan və digər yerlərdə atəşi dayandıraraq və humanitar yardımın lazımi
sürətlə, lazımi həcmdə çatdırılmasına bütün maneələri aradan qaldıraraq,
Ramazanın ruhuna hörmət etməyə çağırıram”, – deyə o qeyd edib.

Bundan əlavə, dünya təşkilatının rəhbəri Qəzzadakı bütün girovların azad
edilməsinə çağırıb və həmçinin tezliklə digər dinlər tərəfindən də bayramların
keçiriləcəyini xatırladıb.

“Unutmayaq ki, Ramazanla yanaşı, xristianlar da tezliklə Pasxa, yəhudilər isə
Pesax bayramını qeyd edəcəklər”, – deyə Quterreş bildirib.

Mənbə: TASS

Source link