BMT baş assambleyasında rus hərbçilərdən ibarət sülhməramlı qüvvələrin Dnestryanı bölgədən dərhal və tamamilə çıxarılmasına çağıran qətnamə layihəsi qəbul olunub.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, sənədin lehinə 64 ölkə səs verib.
15 üzv dövlət əleyhinə səs verib. 83 ölkə bitərəf qalmağa üstünlük verib.
Qətnamə layihəsinin əsas təşəbbüskarı Moldovadır. Sənədin hazırlanmasında bundan başqa Gürcüstan, Kanada, Latviya, Litva, Rumıniya, Ukrayna və Estoniya nümayəndələri iştirak edib.
Həmçinin sənədə əsasən, xarici silahlı qüvvələrin Moldava Respublikası ərazisindən tamamilə çıxarılması məsələsinin Baş assambleyanın 73-cü sessiyasının gündəminə daxil edilməsi qərara alınıb.